Vəkillər Kollegiyasına yeni vəkillər seçildi
25 Aprel 2018 16:30 SosialBakı Dövlət Universitetinin 2 müəlliminə vəkil statusu verilib. Bu barədə Azərbaycan Vəkillər Kollegiyasından məlumat verilib.
Məlumatda bildirilir ki, Bakı Dövlət Universitetinin hüquq elmləri doktoru Alış Qasımov və Mayis Əliyev Azərbaycan Vəkillər Kollegiyasına üzv qəbul olunaraq vəkil statusu əldə ediblər: "Qanunvericiliyə əsasən hüquq elmləri doktoru elmi dərəcəsi olan şəxslər heç bir imtahanda iştirak etmədən vəkil ola bilirlər. Kollegiya sədri də həmin qanunvericiliyi əsas tutaraq hər iki şəxsə vəkil statusu verib və onlar Kollegiyanın üzvü qəbul olunublar". Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31