İtaliyada zəlzələ - Sakinlər evlərini tərk etdi

İtaliyanın cənubundakı Molize vilayətində Rixter cədvəli ilə 4,2 bal gücündə zəlzələ olub.

Trend-in məlumatına görə, zəlzələnin episentri yerin 31 kilometr dərinliyində qeydə alınıb.

Sakinlər evlərini tərk etsələr də, hadisə nəticəsində xəsarət alanların və ya fəsadların olmadığı məlumat verilib.

Yeraltı təkanlar qonşu vilayətlərdə də hiss olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00