Vəkil: "Hüseyn Abdullayev Bakı İstintaq Təcridxanasına köçürüldü"
Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən sabiq millət vəkili Hüseyn Abdullayev Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb. Bu barədə H.Abdullayevin vəkili Ruhid Əkbərov məlumat verib. Vəkil qeyd edib ki, H.Abdullayev bu gün 1 saylı Bakı İstintaq Təcridxanasına təhvil verilib.
24 Aprel 2018 17:21 SosialTürkiyədə saxlanılaraq Azərbaycana gətirilən sabiq millət vəkili Hüseyn Abdullayev Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb. Bu barədə H.Abdullayevin vəkili Ruhid Əkbərov məlumat verib. Vəkil qeyd edib ki, H.Abdullayev bu gün 1 saylı Bakı İstintaq Təcridxanasına təhvil verilib.
Qeyd edək ki, H.Abdullayev Türkiyədə saxlanılaraq aprelin 22-də Azərbaycana gətirilib və aidiyyəti istintaq orqanına təhvil verilib. 2012-ci ildə H.Abdullayev barəsində Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi başlanıb. H.Abdullayev ölkədən qaçdığı üçün onun barəsində axtarış elan edilmişdi. Trend.az