PR-çılar üçün Debat Klubu fəaliyyətə başladı – Azərbaycanda
Azərbaycanda PR və Kommunikasiya sahələrində fəaliyyət göstərən şəxslər üçün Debat formatında müzakirə və çıxış imkanları yaratmaq məqsədi ilə PR Debat Klub fəaliyyətə başlayır.
24 Aprel 2018 14:54 SosialAzərbaycanda PR və Kommunikasiya sahələrində fəaliyyət göstərən şəxslər üçün Debat formatında müzakirə və çıxış imkanları yaratmaq məqsədi ilə PR Debat Klub fəaliyyətə başlayır.
PR Debat Klubun rəhbəri tanınmış PR və kommunikasiya mütəxəssisi Azər Nəzərovdur. Klubun fəaliyyəti ilə bağlı danışan Nəzərov bildirib ki, burada PR-a dair hərtərəfli müzakirələr aparmaq, PR-çıların təmsil etdikləri qurumların ictimaiyyətlə əlaqələr işinin daha da mükəmməlləşdirməsinə töhvə verməyi hədəflənir.

PR Debatlarının ilkin mərhələdə ay ərzində bir dəfə təşkil olunması planlaşdırılır. Klubda iştirakçılar öz brendləri ilə bağlı cəmiyyətdə mövcud olan neqativ fikir və ya hücumlara qarşı müdafiə çıxışları ilə yanaşı, yeni xidmətlərini və məhsullarını da təqdim edə biləcəklər.
PR debatlar tanınmış, peşəkar moderatorlar tərəfindən idarə olunacaq. Debatlarda ictimaiyyətin və media mənsublarının iştirakı sərbəstdir.