MTN-in xanım generalı azadlığa buraxıldı
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə bu gün hökm elan ediləcək.
23 Aprel 2018 19:05 SosialLəğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə bu gün hökm elan ediləcək. Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrlik etdiyi kollegiya müşavirəni aprelin 19-da başa çatdırıb və tərəflərə hökmün bu gün elan ediləcəyi barədə məktub göndərilib.
Hökmün elanı Sabunçu rayon Məhkəməsinin inzibati binasında baş tutacaq.
Cinayət işində bəzi dövlət sirri təşkil edən məlumatlar olduğu üçün proseslər qapalı keçirilib. Bu səbəbdən hökmün elanının da qapalı keçiriləcəyi, jurnalistlər və ictimayyət nümayəndələrinin prosesə buraxılmaması gözlənilir.
Məlumata görə, hakimlər hökmü elan etmək üçün məhkəmə zalına saat 11.00-da gələcək. Axar.az