Abituriyentlərin DİQQƏTİNƏ
23 Aprel 2018 14:33 SosialAzərbaycan Memarlıq və İnşaat Universiteti abituriyentləri "Açıq qapı" gününə dəvət edir
Azərbaycan Memarlıq və İnşaat Universiteti I, II və V ixtisas qruplarına aid ixtisaslara qəbul olmaq istəyən abituriyentləri 28 aprel 2018-ci il tarixində saat 12:00-da təşkil olunacaq "Açıq qapı" gününə dəvət edir. Bu barədə ONN media-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti I, II və V ixtisas qruplarına aid ixtisaslara qəbul olmaq istəyən abituriyentləri 28 aprel 2018-ci il tarixində saat 12:00-da təşkil olunacaq "Açıq qapı" gününə dəvət edir. Görüşdə universitetlə tanışlıq, professor-müəllim heyəti ilə söhbətlər, tədris olunan ixtisaslar və onların respublikamız üçün əhəmiyyətindən danışılacaq.