Neftçalada yol qəzası - xəsarət alanlar var

Neftçala rayonunda iki nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Astanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində Neftçala sakinləri: - 1992-ci il təvəllüdlü Orxan Əbülfəz oğlu Manafov və 1988-ci il təvəllüdlü Xəyal Gündüz oğlu Nuriyev xəsarət alıblar.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31