Kəmaləddin Heydərov Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru ilə görüşüb

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin səlahiyyətlərini icra edən general-polkovnik Kəmaləddin Heydərov aprelin 19-da Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano ilə görüşüb.

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin səlahiyyətlərini icra edən general-polkovnik Kəmaləddin Heydərov aprelin 19-da Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano ilə görüşüb. FHN-dən "Olaylar"a verilən məlumata görə, qonaqları səmimiyyətlə salamlayan general-polkovnik Kəmaləddin Heydərov rəhbərlik etdiyi qurumun beynəlxalq təşkilatlarla, o cümlədən Beynəlxalq Atom Enerjisi Agentliyi ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb, bir sıra mühüm əhəmiyyətli layihələrlə bağlı görülmüş birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb. O, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında mövcud münasibətlərin daha da dərinləşdirilməsinin vacibliyindən danışıb. Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano səmimi qəbula görə təşəkkürünü bildirərək birgə uğurlu layihələrin həyata keçirilməsindən məmnun olduğunu qeyd edərək gələcək əməkdaşlığın daha da genişlənidirlməsinin əhəmiyyətindən söz açıb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və gələcək əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31