Avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədi çıxarılıb
20 Aprel 2018 14:27 SosialBöhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda "Mercedes" markalı minik avtomobili beton maneəyə çırpılıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobilin sürücüsü, 1972-ci il təvəllüdlü Bağırov Əsəd Ədalət oğlunun sıxılmış vəziyyətdə qalmış cəsədini nəqliyyat vasitəsindən çıxarəb. Cəsəd aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatmıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31