AZTA turizmçilər üçün kurslar təşkil edəcək
Yaxın vaxtlarda Azərbaycan Turizm Assosiasiyasının təşkilatçılığı ilə Baku Guide Service– in tərkibində Ön Büro kursları fəaliyyətə başlayacaq. AZTA-dan “OLAYLAR”-a bildirilib ki, kursun məqsədi yeni və peşəkar resepsionistlərin hazırlanması, onların peşəkarlıq səviyyəsinin artırılması və bununla da turistlərə daha da yüksək səviyyədə xidmət göstərilməsinin təmin olunmasıdır.
20 Aprel 2018 14:20 SosialYaxın vaxtlarda Azərbaycan Turizm Assosiasiyasının təşkilatçılığı ilə Baku Guide Service- in tərkibində Ön Büro kursları fəaliyyətə başlayacaq. AZTA-dan "OLAYLAR"-a bildirilib ki, kursun məqsədi yeni və peşəkar resepsionistlərin hazırlanması, onların peşəkarlıq səviyyəsinin artırılması və bununla da turistlərə daha da yüksək səviyyədə xidmət göstərilməsinin təmin olunmasıdır. Tədris materialları Azərbaycan və Rus
dillərində təmin olunacaq və 2 ay müddətində davam edəcək. Ödəniş haqqının 350 AZN olması nəzərdə tutulub. Təlimdə iştirak etmək üçün müraciətlər May ayının 1 - nə qədər qəbul olunur. Kursda iştirak etmək istəyən hər bir şəxs Azərbaycan Turizm Assosiasiyasının ofisinə müraciət edə bilər.