Səyyar ASAN xidmət bölgələrdə
Səyyar ASAN xidmət 26 aprel Qusar, Astara, Balakən, Yevlax, Şəmkir şəhərlərində, 16 aprel Hacıqabul şəhəri və Abşeron rayonunun Mehdiabad qəsəbəsində,19 aprel Sabunçu rayonunun Pirşağı qəsəbəsində, 3 may Zərdab rayonunda, 16 aprel – 10 may Xaçmaz şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
16 Aprel 2018 10:32 SosialSəyyar ASAN xidmət 26 aprel Qusar, Astara, Balakən, Yevlax, Şəmkir şəhərlərində, 16 aprel Hacıqabul şəhəri və Abşeron rayonunun Mehdiabad qəsəbəsində,19 aprel Sabunçu rayonunun Pirşağı qəsəbəsində, 3 may Zərdab rayonunda, 16 aprel - 10 may Xaçmaz şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Qeyd edək ki, Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.