Bakı Metropoliteni müasir qatarlar alacaq
Bu il Bakı metropoliteninə daha iki yeni və müasir qatar gətiriləcək. Bu məqsədlə "Bakı Metropoliteni" QSC ilə "Transmaşholdinq" QSC-yə daxil olan "Metrovaqonmaş" ASC arasında müqavilə imzalanıb. “OLAYLAR” xəbər verir ki, sazişi "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov və istehsalçı müəssisənin baş direktoru Boris Boqatıryov imzalayıblar.
20 Fevral 2018 16:59 SosialBu il Bakı metropoliteninə daha iki yeni və müasir qatar gətiriləcək. Bu məqsədlə "Bakı Metropoliteni" QSC ilə "Transmaşholdinq" QSC-yə daxil olan "Metrovaqonmaş" ASC arasında müqavilə imzalanıb. "OLAYLAR" xəbər verir ki, sazişi "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov və istehsalçı müəssisənin baş direktoru Boris Boqatıryov imzalayıblar.
Hər biri 5 vaqondan ibarət qatar müasir texnologiyaların ən son nailiyyətlərinə söykənir. İstismar müddəti 31 il olan "81-765/766" modelli qatarlar iki baş və üç aralıq vaqondan ibarətdir və texniki innovasiyalar baxımından bu qatarlar 4-cü nəslə mənsubdur. Müqavilənin icrası 2018-ci il ərzində nəzərdə tutulub.
Qeyd edək ki, "Moskva" adı verilmiş bu hərəkət tərkiblərinin istehsalına 2017-ci ildən başlanılıb və həmin qatarlar Moskva metropoliteni xətlərində hərəkət edir. Yeni vaqonların əsas üstünlüklərindən biri, qapıların əvvəlki modellərə nəzərən daha geniş olmasıdır. Əgər əvvəlki modellərdə qapı keçidləri 1250 mm idisə, yenilərində 1400 mm-dir. Bu isə sərnişinlərin qatara daha rahat minib-düşməsinə, qatarların stansiyalarda yubanmasının qarşısının alınmasına təsir edəcək. Bu mənada, qapıların açılıb-bağlanarkən yeni tipli işıqsiqnallı xəbərdarlıq sistemi ilə təchiz olunmasını da qeyd etmək lazımdır.
Onu da əlavə edək ki, yeni texnologiyalar sayəsində elektrik enerjisinə 30 faiz qənaət edilməsi də mümkün olacaq. Yeni qatarların sərnişin salonlarında kondisionerləşdirmə, havalandırma və mikroiqlim nəzarəti sistemi var.