Bakıda torpaq sürüşməsi, yaralanan var

Bakıda uçqun nəticəsində torpaq altında qalan fəhlə torpaq altından çıxarılıb.

Əmirəhməd Bağırzadə xəstəxanaya göndərilib.

Qeyd edək ki, bu axşam Bakının Suraxanı rayonunda, Zığ yolu yaxınlığında qazıntı işləri aparılan ərazidə torpaq uçqunu baş verib. Orada fəhlə işləyən 1995-ci il təvəllüdlü Bağırzadə Əmirəhməd Vidadi oğlu torpaq altında qalıb.

xxx

Paytaxtın Zığ qəsəbəsində torpaq uçqunu olub.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, Bakı şəhərinin Suraxanı rayonunda Zığ yolu yaxınlığında qazıntı işləri aparılan ərazidə yaranan torpaq uçqunu nəticəsində orada fəhlə işləyən 1995-ci il təvəllüdlü Bağırzadə Əmirəhməd Vidadi oğlu torpaq altında qalıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. İlkin olaraq əməliyyat şəraiti qiymətləndirilib. Mürəkkəb şəraiti (hər an yenidən torpaq uçqunu olma təhlükəsi var) nəzərə alaraq, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətininin yanğınsöndürən-xilasedicilərindən ibarət əlavə xilasetmə dəstəsinin cəlb olunması qərara alınıb.

Hazırda xilasetmə işləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00