Bakıda 3 yaşlı oğlu ilə evdən qaçan 22 yaşlı gəlin tapıldı - FOTO
22 Sentyabr 2017 11:33 SosialBu ilin iyul ayında Bakı şəhərinin Xəzər rayonunda 3 yaşlı oğlu Nurlanla birgə yaşadığı evdən qaçan 22 yaşlı Xanım Quliyeva tapılıb.
lent.az xəbər verir ki, Xəzər rayon Polis İdarəsinin əməkdaşlarının apardığı axtarış tədbirləri nəticəsində qadının yeri müəyyən edilib və onun ailəsinə qayıtması təmin edilib.
Qeyd edək ki, gənc qadın ailə münaqişəsi zəminində azyaşlı oğlunu da götürərək, evdən getmişdi. O, daha sonra KİV-lə əlaqə saxlayaraq, müstəqil yaşaya biləcəyini, işlədiyini və oğluna özünün baxacağını demişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00