Oruc tutmağın insan orqanizminə tibbi yöndən faydaları

Bütün müsəlman aləminin müqəddəs ayı hesab edilən Ramazan ayının artıq ilk həftəsi başa çatmaq üzrədir. Bir qayda olaraq Ramazan ayında bilərəkdən, yaxud bilməyərəkdən İslama zidd fikirlər, düşüncələr ortaya atılır, Orucun vacibatlığı, onun insan orqanizmi üçün faydalarına ziddi fikirlər, yanaşmalar ortaya atılır. Kimiləri Oruc tutmağın mənasız olduğunu iddia edir, kimiləri onun insana heç bir fayda və savab gətirmədiyini öz cılız düşüncələri ilə sübuta yetirmək istəyir.

Füzuli Hüseynov: "Oruc zamanı insan həm cavan, həm də sağlam qalır"

Bütün müsəlman aləminin müqəddəs ayı hesab edilən Ramazan ayının artıq ilk həftəsi başa çatmaq üzrədir. Bir qayda olaraq Ramazan ayında bilərəkdən, yaxud bilməyərəkdən İslama zidd fikirlər, düşüncələr ortaya atılır, Orucun vacibatlığı, onun insan orqanizmi üçün faydalarına ziddi fikirlər, yanaşmalar ortaya atılır. Kimiləri Oruc tutmağın mənasız olduğunu iddia edir, kimiləri onun insana heç bir fayda və savab gətirmədiyini öz cılız düşüncələri ilə sübuta yetirmək istəyir. Təbii ki, bu cür cahil düşünən insanlar azlıq təşkil etdiyindən onlara inananlar, bu yola dində təfriqə yaratmaq istəyənlər də məhdud sayda olur. Ancaq bütün halda hər Ramazan ayında təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu kimi mənasız fikirlər gündəmə gəlir. Hətta bəziləri Oruc tutmağı dieta, pəhriz saxlamaqla da müqayisə edir, bəzi hallarda isə eyniləşdirirlər. Bu kimi cəfəng fikirlərə isə elmi şəkildə verilən cavablar təfriqəçilərin planlarını pozmuş olur. Birmənalı olaraq söyləmək mümkündür ki, Oruc tutmaq Allah ibadət etməklə yanaşı, həm də insanın özünü günahlardan, haramlardan uzaqlaşdırmaqdır. Həmçinin tibbi nöqteyi nəzərdən də Oruc tutmağın insan orqanizmi üçün faydaları böyükdür. Elə həkim Füzuli Hüseynov da bu qənaətdədir. O, bildirib ki, Oruc insan üçün həqiqətən bir nemətdir: "Peyğəmbərimiz (Səllələhu Aleyhi Vəsəlləm) belə buyurmuşdur: "Oruc tut, sağlamlıq tap". Füzuli Hüseynov zaman-zaman orucun faydaları haqqında açıqlama verdiyini bildirərək onu da diqqət çatdırıb ki, Oruc zamanı insan həm cavan, həm də sağlam qalır: "Məlumdur ki, oruc tutan müddətdə bədən hüceyrələrimiz tam qidalana bilmir və qida axtarışına başlayırlar. Əvvəlcə hüceyrə ətrafı maye təmizlənir, sonra magistral və kapilyar damarların içinə yığılmış artıq yağlar, lipidlər, xolesterin və s. yavaş-yavaş əriyib, parçalanır və hüceyrələrə yem olurlar. Bundan başqa zaman-zaman davam edən günlərlə oruc zamanı zəif, qoca və xəstə hüceyrələr dözə bilməyib məhv olurlar və bu hüceyrələr də sağlam hüceyrələr tərəfindən qida kimi mənimsənilir. Bunu da unutmayaq ki, zəif, xəstə hüceyrələr özləri bölünərək xəstə hüceyrələrin sayını artırdığından bədənimizdən müstəqillik tələb edən şiş (yəni, xərçəng) hüceyrələrinin əsasını qoyurlar. Deməli, oruc tutmaqla biz həm də xərçəng olmaqdan qorunuruq". Füzuli Hüseynovun sözlərinə görə, xəstə hüceyrələr insanın tez yaşlanmasına səbəb olduğundan orucla daha cavan qalmağımız mümkündür: "Çünki xəstə hüceyrələrin yerini kök hüceyrələrdən əmələ gəlmiş yeni, cavan və sağlam hüceyrələr tuturlar. Ancaq bütün bunları nəzərə alaraq qeyd etmək istəyirəm ki, insan bu qeyd etdiklərimi oxuyub oruc tutmamalıdır. İnsan, hər bir müsəlman orucu Allahın bir əmri olaraq tutmalıdır".

Oruc tutmağı dieta ilə eyniləşdirmək cəhdlərinə gəlincə Füzuli Hüseynov da deyib ki, bu çaşdırıcı bir yanaşmadır: "İnsanoğlu oruc tutanda vücudunu buna hazırlayır. Məsələn, deyək ki, bədən bilir ki, 17 saat ac qalmalıdır və mədə-bağırsaqlarımız yemək vaxtalarında artıq şirə ifrazını azaldır. Bu isə zamanla tam normaya düşür. Dəqiq desək, bədənimiz beynimizə tabe olmağa başlayır və beynimiz bədəni tam nəzarətə alır. Bunun çox üstünlükləri vardır. Belə ki, insanoğlu səbirli olmağı, dözə bilməyi özünə aşılayır. Amma dieta saxlayanda belə bir əmr olmur, yemək saatlarında şirə ifrazı əvvəlki kimi olur və bu da mədə-bağırsağa ziyanlıq gətirir. Nəticə etibarilə boş mədəyə axıdılan şirə mədə divarını yandırır". Ekspert deyib ki, bəzi adamlar işin çoxluğundan və ya nəsə başqa problemlərdən günorta yeməyini yeməyə bilir. O zaman onlar düşünməsin ki, oruc zamanı bədənin aldığı faydanı alırlar: "Bundan başqa dieta vaxtı az da olsa insan ağzına nəsə atır, deməli ağıza atılan adi bir şey belə bizim bütün orqanizmi düz 12 saat məşğul edir. Amma oruc vaxtı bunu etmək olmaz. Bir daha qeyd etmək istəyirəm ki, oruc vaxtı davam edən hər saatın, hər günün öz xeyirləri vardır. Ona görə də hər bir şəxs səhhətimiz üçün yox, Allah əmri olaraq orucumuzu tutmalıyıq. Allah da bunun əcrini inşallah həm bu dünyada, həm də qiyamətdə verər".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31