Əmək Məcəlləsində dəyişiklik işçilərə hansı hüquqları verəcək?

Zaman-zaman ölkə qanunvericliyi, bir sıra normativ hüquqi aktların günümüzün tələblərinə uyğunlaşdırılması zərurətə çevrilir. Məhz bu baxımdan müntəzəm olaraq bir sıra qanunlarda, normativ hüquqi aktlarda dəyişikliklər və əlavələr edilir. Edilən dəyişikliklər prinsip etibarilə həmin sahədə işin daha səmərəli təşkili üçün lazımı şərait yaradır. Qanunvericlik bazasında edilməsi nəzərdə tutulan dəyişiklik və əlavələrdən biri də Əmək Məcəlləsi ilə bağlıdır. Məlumat üçün qeyd edək ki, Əmək Məcəlləsinə ixtisarla bağlı dəyişikliklərin ediləcəyi gözlənilir. İxtisarla bağlı xəbərdarlıq müddətləri və ixtisarla bağlı ödənilən müavinətlərin ödənilməsi iş stajından asılı olacaq. Növbəti aylarda iş tapa bilməyən şəxs üçün nəzərdə tutulan müavinətlər ləğv edilir. Bəs görəsən həyata keçiriləcək dəyişikliklərin nə kimi üstünlükləri var və bu sahədə səmərəliliyi nə dərəcədə artıracaq?

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Asif Abdullayev deyir ki,hazırda qüvvədə olan qaydaya əsasən, əmək stajından və əmək müqaviləsinin hansı müddətə bağlandığından asılı olmayaraq, işçinin ixtisar olunması (işçilərin sayının azaldılması və ya ştatların ixtisarı) barədə işçiyə azı 2 ay əvvəlcədən rəsmi xəbərdarlıq edilməlidir. Onun sözlərinə görə, nəzərdə tutulan dəyişikliklərə əsasən, ixtisarla bağlı işçiyə edilən xəbərdarlığın müddəti, onun əmək stajından asılı olacaq: "Dəyişiklik bu məzmunda olacaq : "İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b" bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir". Hüquqşünas deyir ki, işçinin bir ilədək əmək stajı olduqda - azı iki təqvim həftəsi, bir ildən beş ilədək əmək stajı olduqda - azı dörd təqvim həftəsi, beş ildən on ilədək əmək stajı olduqda - azı altı təqvim həftəsi, on ildən çox əmək stajı olduqda - azı doqquz təqvim həftəsi ərzində xəbərdarlıq edilməlidir: "İxtisarla bağlı işçiyə ödənilən müavinət də onun əmək stajından asılı olaraq dəyişəcək. Hazırda qüvvədə olan qaydaya əsasən, əmək müqaviləsi məcəllənin 70-ci maddəsinin "a" və "b" bəndləri ilə ləğv edilərkən işçilərə (stajından asılı olmayaraq) orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti və işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilməsi nəzərdə tutulur. Yeni dəyişikliklərə əsasən, bir ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqı miqdarında, bir ildən beş ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında, beş ildən on ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında, on ildən çox əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı iki misli miqdarında əmək haqqı ödəniləcək. Hazırki qaydaya əsasən, ixtisar olunan şəxs işdən çıxdığı ikinci və üçüncü aylar üçün müavinət ala bilər. Nəzərdə tutulan dəyişikliklərdə bu qayda ləğv edilir və növbəti aylar üçün müavinətin ödənilməsi nəzərdə tutulmur". Asif Abdullayev deyib ki, mövcud qaydalara əsasən, işçinin razılığı olduğu halda, işçiyə

2 aylıq xəbərdarlıq müddətinin əvəzinə 2 aylıq əmək haqqısı ödənilməklə əmək müqaviləsinə dərhal xitam verilə bilər: "Yeni qanun layihəsində bu qayda da dəyişikliklərə məruz qalıb. Dəyişikliklərə əsasən, işəgötürən işçinin razılığı ilə məcəllə ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31