Struktur islahatları davamlı olacaq

Ölkə prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu dəyişib. Həmçinin dövlət başçısı özünə yeni köməkçilər təyin edib. Struktur dəyişikliyinə əsasən Birinci vitse-prezidentin xidməti formalaşdırılıb. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin köməkçilərinin sayı 10-a çatdırılıb. Onlardan 8-i eyni zamanda müvafiq şöbələrə rəhbərlik edirlər. Bundan başqa, dövlət müşavirliyi institutu və Administrasiya rəhbərinin müavini vəzifəsi ləğv olunub, Administrasiyanın tərkibində 2 yeni struktur bölməsi - Gənclər siyasəti və idman məsələləri, habelə Elektron hökumət şöbələri yaradılıb, bəzi digər şöbələrin funksiyaları və fəaliyyət istiqamətlərinə müəyyən dəyişikliklər edilib. Maraqlıdır, yeni struktur dəyişikliyi idarəetmənin optimallığını nə dərəcədə təmin edəcək?

Əli Məsimli: "İslahatlar idarəetmə sisteminin çevikliyini təmin edəcək"

Ölkə prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu dəyişib. Həmçinin dövlət başçısı özünə yeni köməkçilər təyin edib. Struktur dəyişikliyinə əsasən Birinci vitse-prezidentin xidməti formalaşdırılıb. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin köməkçilərinin sayı 10-a çatdırılıb. Onlardan 8-i eyni zamanda müvafiq şöbələrə rəhbərlik edirlər. Bundan başqa, dövlət müşavirliyi institutu və Administrasiya rəhbərinin müavini vəzifəsi ləğv olunub, Administrasiyanın tərkibində 2 yeni struktur bölməsi - Gənclər siyasəti və idman məsələləri, habelə Elektron hökumət şöbələri yaradılıb, bəzi digər şöbələrin funksiyaları və fəaliyyət istiqamətlərinə müəyyən dəyişikliklər edilib. Maraqlıdır, yeni struktur dəyişikliyi idarəetmənin optimallığını nə dərəcədə təmin edəcək?

Əvvala qeyd edək ki, 2016-ci il sentyabrın 26-da keçirilmiş ümumixalq səsverməsindən (referendum) sonra ölkədə səmərəli və çevik dövlət idarəçiliyi mexanizminin formalaşdırılması, icra intizamının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməyə başlanıb.  Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması da məhz bu məqsədə xidmət edir. Siyasi ekspertlər hesab edirlər ki, həyata keçirilən struktur dəyişikliyi yeni situasiyaya və çağırışlara uyğun olaraq ölkənin ali icra orqanının fəaliyyətində dinamikliyi, çevikliyi təmin edəcək. Millət vəkili Əli Msimli qeyd edib ki,  idarəetmənin təşkilatı strukturunun təkmilləşdirilməsinə yönəlik bu islahatlar Prezident Administrasiyasında həyata keçirilən sözügedən struktur dəyişiklikləri ilə məhdudlaşmayacaq. Böyük ehtimalla Nazirlər Kabinetini, eləcə də bu və ya digər formada başqa strukturları, bütünlükdə dövlət idarəetmə sistemini də əhatə edəcək. Onun sözlərinə görə, Azərbaycan resessiyadan keçməklə öz inkişafının yeni mərhələsinə keçir. "Bu mərhələnin öz problemləri, öz tələblərı, öz çağırışları var. Həmin çağırışlara zamanında və dolğun şəkildə cavab verməkdən ötrü cəmiyyət həyatının bütün sahələrində köklü, sistemli, demokratik islahatlar tələb olunur. Həm də islahatların sürəti üstümüzə gələn problemlərin sürətindən yüksək, islahatların keyfiyyəti və səmərəli nəticələri həmin problemlərin vurduğu ziyandan çox olmalıdır. Həmin islahatlar içərisində dövlət idarəetmə sisteminin fəaliyyətini müasir dövrün tələbləri səviyyəsində yenidən qurulması həlledici rol oynayır. Bu baxımdan, Prezident Administrasiyasındakı islahatları müsbət qiymətləndirirəm". Ə.Məsimli bildirib ki, əvvəlki mərhələyə uyğun olan, dövrünü çoxdan başa vurmuş idarəetmə sistemindən daha işlək idarəetmə sisteminə keçilir: "Həmin islahatlar həm də müəyyən dərəcədə kadr islahatları ilə paralel həyat keçirilir. Düşünürük ki, idarəetmənin təşkilatı strukturunun təkmilləşdirilmısinə yönəlik bu islahatlar Prezident Administrasiyasında həyata keçirilən sözügedən struktur dəyişiklikləri ilə məhdudlaşmayacaq. Böyük ehtimalla Nazirlər Kabinetini, eləcə də bu və ya digər formada başqa strukturları, bütünlükdə dövlət idarəetmə sistemini də əhatə edəcək. Yaxşı olar ki, nazirlik, dövlət komitələri, idarə, xidmət digər dövlət orqanlarının əsasnamələrinin və digər müvafiq sənədlərinin təhlili və reallıqları nəzərə almaqla bir-birini təkrarlayan strukturun aradan qaldırılması, lazımsız dövlət qurumlarının birləşdirilməsi və ya ləğv olunması, əsaslandırılmış ixtisarların həyata keçirilməsi və sair istiqamətlərdə elmi və praktiki cəhətdən özünü doğruldan addımlar atılsın". Millət vəkili ümid edir ki, sözügedən islahatlar ölkədə idarəetmə sistemində şişirdilmiş aparat probleminin aradan qaldırılmasına, dövlət idarəetmə və tənzimləmə sisteminin əsaslı surətdə modernləşdirilməsi, dünyada gedən proseslərə operativ reaksiya verən və operativ qərarlar qəbul edən "çevik və kiçik hökumət"modelinə keçilməsinə, bu əsasda idarəetmənin çevikliyinin artırılması və səmərəliliyinin yüksəldilməsi, iqtisadiyyatın çevik tənzimlənməsi sahəsindəki qeyri-müəyyənliyin və hadisələrin arxasınca sürünməsi hallarının aradan qaldırılması, koordinasiya işinin səmərəliliyinin artırılmasına və məlum problem və çatışmazlıqların aradan qaldırılamsının sürətləndirilməsinə xidmət edəcək: "Ona görə ki, struktur və kadr islahatlarının real nəticələri dövlət idarəetmə sisiteminin keyfiyyətinin, səmərəliliyinin, rəqabət qabiliyyətinin, çevikliyinin artmasına, ölkənin sosial-iqtisadi inkiafının sürətlənmsinə və əhalinin güzəranını yaxşılaşdırılmasına verilən töhfələrlə ölçülməlidir. İdarəetmənin təşkilatı srtukturunun təkmilləşdirilməsinə yönələn islahatlar prosesində həqiqətən öz işini yükəsk səviyyədə bilən əsl professionallar, texnokratlar, güclü kadrlarla yanaşı, istedadlı, perspektivli gənc kadrların da rolunun artırılması və onların innovativ genaratora çevrilməsinin işlək mexanizminin hazırlanıb tətbiq edilməsi mühüm əhəmiyyət kəsb edir".

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31