Azərbaycan inkişaf etmiş sosial dövlətə çevrilir

Dünya ölkələrində iqtisadi katakilizmin hökm sürməsinə baxmayaraq Azərbaycanda sosial layihələrin icrası davam etdirilir. Beynəlxalq aləmdə maliyyə böhranı tüğyan etdiyi bir məqamda ölkəmizdə nəzərdə tutulan bütün sosial proqramlar icra edilmişdir.  Baxmayaraq ki, beynəlxalq alımdə yaranmış vəziyət Azərbaycana da təsirsiz ötüşmür, amma hələlik bir dənə də olsun sosial proqram təxirə salınmayıb.

"Güzəştli mənzil" layihəsi sosial siyasətin tərkib hissəsidir

Dünya ölkələrində iqtisadi katakilizmin hökm sürməsinə baxmayaraq Azərbaycanda sosial layihələrin icrası davam etdirilir. Beynəlxalq aləmdə maliyyə böhranı tüğyan etdiyi bir məqamda ölkəmizdə nəzərdə tutulan bütün sosial proqramlar icra edilmişdir.  Baxmayaraq ki, beynəlxalq alımdə yaranmış vəziyət Azərbaycana da təsirsiz ötüşmür, amma hələlik bir dənə də olsun sosial proqram təxirə salınmayıb. Əksinə, ölkədə maaşlar, pensiyalar, sosial müavinətlər mütəmadi olaraq artırılır. Məhz bu kimi tədbirlərin həyata keçirilməsi Azərbaycanın sosial siyasətinin  əsasını təşkil edir. Etiraf edilməlidir ki, son on ildə ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət uğurlu olub. Dünya bazarında neftin qiymətinin  dörd dəfə aşağı düşməsinə baxmayaraq Azərbacanda manatın məzənnəsinin sabit saxlanmasına nail olunub. Xatırladaq ki, son  illər  ərzində ölkədə üç minə yaxın məktəb, 600-ə yaxın xəstəxana tikilib, təmir edilib. Təkcə bölgələrdə 41 Olimpiya Mərkəzi tikilib. Maaşlar təxminən beş dəfə, pensiyalar yeddi dəfə artıb. 89 köçkün qəsəbəsi tikilmişdir, 225 min insan yeni evlərə, mənzillərə köçürülüb. Bu isə o deməkdir ki, artıq ölkədə sosial infrastruktur yaradılıb. Hazırda da bu kimi çoxsaylı social layihələr davam etməkdədir. Çünki qarşıda Azərbaycanı sosial dövlətə çevirmək istəti var. Artıq bu qənaətə gəlmək olar ki,  ölkədə aparılan iqtisadi islahatlar nəticəsində  sosial müdafiə siyasətini davam etdirmək mümkün olacaq. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bəyan edib ki, ölkədə çox ciddi sosial və iqtisadi islahatlar aparılacaq: "Artıq müvafiq qərarlar qəbul edilmiş, qanunvericiliyə dəyişikliklər olunmuşdur. Mən bir neçə fərman, sərəncam imzalamışam. Əlavə sərəncamlar imzalanacaq ki, biz bu il iqtisadiyyatımızı daha da gücləndirək. Bu islahatların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı şəffaflığına görə dünyanın aparıcı ölkələrinin iqtisadiyyatlarından fərqlənməsin. Əminəm ki, biz bunu birgə səylərlə təmin edəcəyik".

Qeyd edək ki, sözügedən sosial layihələrdən biri də sosial evlərin tikintisi ilə bağlıdır. Artıq sosial mənzil almaq istəyənlərin qeydiyyatına start verilib. Elə bu səbədən də sosial evlərə qeydiyyat başladıqdan sonra güzəştli mənzil almaq istəyən vətəndaşlarımızdan qeydiyyatdan keçmə vaxtının onların ev almaq imkanlarına təsirləri ilə bağlı suallar artmaqdadır. Bəzi vətəndaşlarımız daha qisa zamanda qeydiyyatdan keçməyə çalışırlar. İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, vətəndaşın nə zaman qeydiyyatdan keçməsi sosial mənzil almaq imkanlarına təsir göstərmir: "Belə ki, sosial evlərə elektron müraciətin 2 mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Artıq birinci mərhələ başlayıb və bu zaman sadəcə qeydiyyatdan keçmək tələb olunur. İkinci mərhələdə isə qeydiyyatdan keçən vətəndaşlara mənzil seçimi ilə bağlı müraciət ünvanlanacaq. Məhz bu zaman müraciətə daha tez cavab vermək və mənzili seçmək çox vacib olacaq. Yəni, birinci mərhələdə tez müraciət vacib olmasa da ikinci mərhələdə "ilk müraciət ilk mənzil" prinsipi tətbiq ediləcək. Bu baxımdan, ikinci mərhələdə mənzil almaq istəyən vətəndaşlarımızın daha tez müraciəti olduqca vacibdir. Sosial mənzilə sahib olmaq istəyən vətəndaşlarımızın hammısının qeydiyyatdan keçməsinə ehtiyac var. Hər bir vətəndaşın bu hüquqdan bir dəfə faydalanmaq imkanı var. Eyni zamanda, ilk il 2 minə yaxın sosial mənzil təklif ediləsə də, sonrakı illər hər il 3 min güzəştli mənzilin satılması nəzərdə tutulur. Bu isə o deməkdir ki, sosial mənzil almaq üçün indi şəxsi kabinet yaradıb hətta gələcəkdə bu hüquqdan faydalanmaq olar". Ekspert əlavə edib ki, mövcud qanunvericilik mənzilə sahib olanların sosial evlərə müraciətini məhdudlaşdırmır. Bu isə o deməkdir ki, adına ev olanlar sosial mənzilə müraciət edə bilərlər. Eyni zamanda, kreditin olması da sosial mənzilə müraciəti məhdudlaşdırmır. Krediti olanlar sosial mənzil ala bilərlər. Sadəcə bu zaman aylıq kredit ödənişləri xərc olaraq müraciət edən şəxsin gəlirindən çıxılır və əgər müraciətçinin gəliri bütün öhdəlik və xərc çıxıldıqdan sonra sosial evə müraciətə imkan verirsə o zaman bu mümkündür: "Müraciət sistemi 2 mərhələli olacaq. Mayın 1-dən başlanan 1-ci mərhələdə qeydiyyat prosesi həyata keçiriləcək. Daha sonra sosial ev almaq hüququna malik olan və qeydiyyatdan keçənlər sosial ev almaq üçün müraciətə dəvət ediləcək. Məhz ikinci mərhələdə tez müraciətə daha tez baxılacaq".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31