23 may - Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi peşə bayramının qeyd olunmasına Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsini anmaqla başlayıb. Nazirlikdən "Olaylar" - a bildirlib ki, peşə bayramı ilə əlaqədar tədbirlər Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 22-ci kilometrliyinin ətrafında ETSN tərəfindən salınmış yaşıllıq zonasında davam etdirilib.                         

Nazir H.Bağırov peşə bayramı münasibəti ilə nazirliyin kollektivini təbrik edib və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə olduğu kimi ekoloji tarazlığın qorunması və ətraf mühitin sağlamlaşdırılması istiqamətində də çoxsahəli ardıcıl quruculuq işlərinin davam etdirildiyini bildirib. Ətraf mühitin mühafizə edilməsi, bərpası və davamlı inkişafı sahəsində xüsusi xidmətlərinə görə nazirliyin fərqlənən əməkdaşlarını Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Fəxri Fərman"ı  ilə təltif edilib.

Sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi adından ölkə Prezidentinə müraciət qəbul olunub.

Tədbirin davamı olaraq 30 hektar ərazidə iməcilik keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31