İslam Həmrəyliyi Oyunlarının ölkəmiz üçün iqtisadi üstünlükləri

Azərbaycan daha bir beynəlxalq əhəmiyyətli tədbiri yüksək səviyyədə həyata keçirərək onu rellaşdırdı, evsahibliyi etdi. 10 gün müddətində sayca dördüncü İslam Həmrəyliyi Oyunlarına evsahibliyi edən Azərbaycan həm İslami dəyərlərə, əsas etibarilə də İslam həmrəyliyinə nə qədər önəm verdiyini təsdiqləımiş oldu, həm də zəngin mədəniyyəti, tarixi, ənənələrini İslam coğrafiyasına, ümumilikdə dünyaya bir daha tanıtmış oldu.

Azərbaycan daha bir beynəlxalq əhəmiyyətli tədbiri yüksək səviyyədə həyata keçirərək onu rellaşdırdı, evsahibliyi etdi. 10 gün müddətində sayca dördüncü İslam Həmrəyliyi Oyunlarına evsahibliyi edən Azərbaycan həm İslami dəyərlərə, əsas etibarilə də İslam həmrəyliyinə nə qədər önəm verdiyini təsdiqləımiş oldu, həm də zəngin mədəniyyəti, tarixi, ənənələrini İslam coğrafiyasına, ümumilikdə dünyaya bir daha tanıtmış oldu.

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etməklə eyni zamanda bu yarışlardan iqtisadi dividentlər də əldə etmiş oldu. Ümumiyyətlə, bu oyunlar bütün parametrlər üzrə Azərbaycana yalnız xeyir, uğur gətirmiş oldu. Elə millət vəkili Tahir Mirkişili də bu qənaətdədir. O, bildirib ki, Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunları ölkəmizin İslam həmrəyliyinə verdiyi töhfə idi: " Yarışların keçirildiyi günlərdə ölkə prezidentinin əksər idman yarışlarında iştirak etməsi, qalibləri şəxsən təltif etməsi İslam həmrəyliyinin Azərbaycanda bir dövlət siyasəti olduğunu da bir daha təsdiqləmiş oldu. Məlum olduğu kimi bu gün İslam dünyası bu gün həm daxildən, həm də xaricdən çox böyük bir mübarizənin içərisindədir. İslam dünyasının daxilində baş verənlərə fikir versək görərik ki, Avropanın XVII əsrdə həll etdiyi məsələləri biz indi həll etməyə çalışırıq. Çünki xristian dünyası da XVII əsrdə belə bir mübarizənin içərisindən keçmişdi. O zaman Avropada dini sektalar, ayrı-ayrı cərəyanlar mövcud idi, onlar bir-biri ilə mübarizə aparırdılar. Bu kimi problemləri yoluna qoymaq üçün Avropa iki dünya müharibəsi yaşadı. Sonradan Avropada yaradılan təşkilatlar, Avropa Birliyi və s. qurumlar təsis edildi. Hazırda İslam dünyasında da təxmini oxşar proseslər gedir. Müxtəlif dini cərəyanlar, fikirlər mövcuddur. Bundan əvvəl keçirilməsi nəzərdə tutulan III İslam Həmrəyliyi Oyunlarının baş tutumasının başlıca səbəblərindən biri də məhz fars körfəzinin adı ilə bağlı ərəblərlə iranlılar arasında yaranan fikir ayrılığı idi. Bu İslam dünyasında ciddi bir problem olduğunu göstərir. Bununla yanaşı İslam dünyasının xristian aləmi, bəzi dünya övlətləri ilə də problemləri var və bu səbəbdən İslam dünyasının vahid, bir olması olduqca vacibdir". Millət vəkili onu da qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunları bir daha dünyaya həmrəylik, birlik mesajını vermiş oldu: "İslam Həmrəyliyi nə deməkdir? İslam həmrəyliyi yalnız dini həmrəylik demək deyil. Burada siyasi, iqtisadi, sosial həmrəylik də özünü ehtiva edir. İslam Həmrəyliyinin əsas missiyası təkcə bu coğrafiyada deyil, ümumilikdə dünyada həmrəyliyə gətirib çıxarmaqdır. Azərbaycan istər İslam Həmrəylik Oyunları, istərsə də bundan əvvəl Birinci Avropa Oyunlarını keçirməklə bütün dünyaya mesaj vermiş olur ki, əslində bütün dünyanın xilası və inkişafı mədəniyyətlərası həmrəylikdən daha çox asılıdır. Burada dini həmrəylikdən daha çox insanlar arasında həmrəylik, birlikdən söhbət gedir". Millət vəkili IV İslam Həmrəyliyi Oyunlarının iqtisadi baxımdan səmərəsi barədə də danışıb: "İslam dünyası çox böyük bir dünyadır və 1,7 milyardlıq əhalini özündə birləşdirir. Bu gün İslam ölkələrinin təmsil olunduğu İslam Əməkdaşlıq Təşkilatının 57-yə yaxın üzvü var. Bu o deməkdir ki, 57 ölkə böyük bir bazar yaradıb. Bu gün İslam dünyasının böyük bir potensialı var. Belə ki, dünyanın neft ehtiyatlarının 60, qaz ehtiyatlarının isə 62 faizi İslam dünyasına aiddir. Bu əslində böyük bir potensialdır. Ancaq bu potensialı reallaşdırmaq olurmu? Təəssüflər olsun ki, bu gün dünya üzrə kəşf ixtiralarının cəmi 1,5 faizi müsəlman ölkələrinə aiddir. Dünya üzrə Nobel mükafatı alanların cəmi 2-3 faizi müsəlman coğrafiyasını əhatə edir. Yaxud dünyanın yüz trilyonlarla ölçülən bazarının cəmi 8,5 faizi müsəlman ölkələrinə aiddir. Bu o deməkdir ki, əslində müsəlman ölkələri, İslam dünyası mövcud potensialın az bir qismindən istifadə edirlər". Tahir Mirkişili onu da diqqətə çatdırıb ki, Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını keçirməklə əsas etibarilə iki istiqaməti inkişaf etdirmiş olur. Birincisi, turizmdir: "Məlumdur ki, keçən il Azərbaycana 2 milyona yaxın turist gəlmişdi və bundan Azərbaycan tədiyyə balansı 2017-ci ildə 2,7 milyard dollar gəlir əldə etmişdi. Bu o deməkdir ki, otellər, restoranlar və digər məkanlar vasitəsilə bu qədər vəsait Azərbayvana daxil olmuşdu. Formula-1, İslam Hərməyliyi Oyunları kimi yarışların keçirilməsinə isə cəmi büdcə vəsaitindən təxminən 120 milyon dollara yaxın vəsait nəzərdə tutulmuşdu. İndi fikir verək, sadəcə 2,7 milyard dolların yalnız əlavə dəyər vergisi təxminən 400 milyon dollara yaxın vəsait edir. Bu da o deməkdir ki, Azərbaycan xərclədiyi, qoyduğu vəsaitdən dəfələrlə artıq vəsaiti, gəlirləri geri qaytara bilir. İslam Həmrəyliyi Oyunlarında turizmin rolu məhz bundan ibarətdir. Nəzərə alsaq ki, bu oyunlar vasitəsilə Azərbaycan 1,7 milyardlıq bir coğrafiyaya çıxış imkanı əldə edir və onlar Azərbaycanın necə tolerant, mədəni, Qərbin və Şərqin qovşağında yerləşən bir ölkə olduğunu görürlər, o zaman IV İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətinin nədən ibarət olduğu aydın şəkildə görünür". Millət vəkili deyib ki, bu kimi tədbirlər Azərbaycanın ixrac potensialını artırır, istehsal etdiyi məhsullar üçün yeni bazarlar imkanı yaradır: "Ölkə prezidentinin də qeyd etdiyi kimi ənənəvi bazarlarla yanaşı, qeyri-ənənəvi bazarlara da istiqamətlənməyi bacarmalıyıq. Qeyri-ənənəvi bazarlar hansılardır? Məsələn, Körfəz ölkələri bazarları. Bu gün Azərbaycan məhsullarının satışı üçün ən səmərəli bazarlardan biri Körfəz ölkələri bazarlarıdır. Çünki hər il bu ölkələrin bazarlarında təminən 10 milyard dollar məbləğində kənd təsərrüfatı məhsulları Avropa ölkələrindən idxal edilir. Azərbaycanın nüfuzu, iqtisadi imkanları artdıqca və bu kimi tədbirlər keçirməklə ölkəmiz həmin imkanlardan yaralanmaq imkanı əldə etmiş olacaq".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31