“Xocalısız 25 il” adlı tədbir keçirildi

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Abdulla Şaiqin Mənzil Muzeyi ilə birlikdə muzeyin filialı olan Niyazinin mənzil muzeyində Xocalı soyqırımının ildönümünə həsr olunmuş “Xocalısız 25 il” adlı tədbir keçirilib.Muzeydən “Olaylar” – a bildirilir ki, tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq, Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Abdulla Şaiqin Mənzil Muzeyi ilə birlikdə muzeyin filialı olan Niyazinin mənzil muzeyində Xocalı soyqırımının ildönümünə həsr olunmuş "Xocalısız 25 il" adlı tədbir keçirilib.Muzeydən "Olaylar" - a bildirilir ki, tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq, Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Abdulla Şaiqin mənzil-muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə, Abdulla Şaiqin mənzil muzeyinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Arzu Hacıyeva "Xocalını unutmayaq", Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova "Xocalı faciəsi bəstəkarların yaradıcılığında" mövzularında məruzə etdilər.

Daha sonra tədbirdə "Aytam" Uşaqların Mədəni Maariflənməsi İctimai Birliyi üzvlərinin "Dəhşətli faciə"adlı ədəbi-bədii kompozisiya,Bakı Musiqi Akademiyasının tələbələrinin - Beynəlxalq Müsabiqə laureatı Aytən İbrahimova, Respublika Müsabiqəsi laureatı Aysel Şahbazlı, Gülşən İbadova, Nərmin Qasımlı, Rəhimə Qurbanova, Beynəlxalq Müsabiqə laureatı Şərif Bağırov, Günel Rizvanova, Abdulla Şaiqin mənzil muzeyinin əməkdaşı Sevda Mahmudovanın ifasında musiqi proqramı ilə davam etdirildi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31