Gənclər ətraf mühiti qoruyacaqlar

Azərbaycan Tələbələr Birliyinin (ATB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Yaşıl düşün, yaşıl gör!” adlı layihə yekunlaşıb. “OLAYLAR”-ın xəbərinə gör, Bakı şəhərində həyata keçirilən layihənin əsas məqsədi gənclər arasında ətraf mühitin qorunmasına dair səfərbərlik və maarifləndirmə kampaniyasını aparmaq olub.

Azərbaycan Tələbələr Birliyinin (ATB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Yaşıl düşün, yaşıl gör!" adlı layihə yekunlaşıb. "OLAYLAR"-ın xəbərinə gör, Bakı şəhərində həyata keçirilən layihənin əsas məqsədi gənclər arasında ətraf mühitin qorunmasına dair səfərbərlik və maarifləndirmə kampaniyasını aparmaq olub. ATB maarifləndirmə işini əsas olaraq gənclər arasında arasında təşkil edib. Beləki, layihə çərçivəsində keçirilən tədbirlərdən müxtəlif ali və orta-ixtisas təhsil müəssisələrində, ümumtəhsil məktəblərində təhsil alan 400-dən çox gənc faydalanıb. Keçirilən tədbirlər, əsasən, ekoloji tarazlıq, ətraf mühitin qorunması, təkrar istehsal vasitəsilə ətraf mühitə dəyən ziyanın azaldılması və bu kimi mövzular ətrafında olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31