“Space” radiosunun yayımı axşam saatlarında bərpa olunacaq

“Space” Müstəqil Televiziya və Radio Şirkətinin 104 FM radiosunun fəaliyyəti dayandırılıb.

"Space" Müstəqil Televiziya və Radio Şirkətinin 104 FM radiosunun fəaliyyəti dayandırılıb.

Bu barədə APA-ya Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, bu addım radionun borcu olduğuna görə atılıb.

Birlikdən bildirilib ki, bu, profilaktik tədbirdir, yayım bərpa edilə bilər: "Bizdə hazırda radionun fəaliyyətinin dayandırılması haqda qərar yoxdur".

Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Toğrul Məmmədov APA-ya bildirib ki, yayımın dayandırılması profilaktik tədbirlə bağlıdır və axşam saatlarında yayım bərpa olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31