Səhiyyə Nazirliyi: Azərbaycanda 15 yaşdan yuxarı olanların 36%-i siqaret çəkir

Bu gün Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Azərbaycanda tütnlə mübarizə qanunvericiliyinin gücləndirilməsi” layihəsi üzrə texniki məsləhətçi qrupun (TMQ) I iclası keçirilib. APA-nın xəbərinə görə, iclas tütünlə mübarizəyə dair tədbirlər planı müzakirə edilib.

Bu gün Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) "Azərbaycanda tütnlə mübarizə qanunvericiliyinin gücləndirilməsi" layihəsi üzrə texniki məsləhətçi qrupun (TMQ) I iclası keçirilib. APA-nın xəbərinə görə, iclas tütünlə mübarizəyə dair tədbirlər planı müzakirə edilib.

İSİM-in əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev bildirib ki, hər il dünyada tütünçəkmə nəticəsində 6 milyon insan dünyasını dəyişir. T.Musayev qeyd edib ki, onlardan 10%-i passiv tütün çəkənlərin payına düşür: "Dünya əhalisinin 30%-I siqaret çəkir. Siqaret çəkmə qadınlara nisbətən kişilər arasında daha çox yayılıb. Dünyada uşaqlaın 50%-i tütün tüstüsünə məruz qalır. Iş yerlərində hər il  tütün tüstütsü nəticəsində 200 min insan dünyasını dəyişir. Hesablamara görə, 2030-cu ilədək tütükçəkmə 175 milyon insanın həyatına son qoyacaq".

T.Musayev vurğulayıb ki, Azərbaycanda isə 15 yaşdan yuxarı olanların 36%-i siqaret çəkir. Ölkədə ağciyər xəstəliklərindən ölən 35 yaşdan yuxarı kişilərin 85%-də əsas səbəb olaraq tütünçəkmə göstərilir.

İSİM-in səhiyyə siyasəti və islahatlar şöbəsinin müdir müavini Nabil Seyidov isə bildirib ki, "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya" tam zamanında verilən qərarlardan biridir. Onun sözlərinə görə, bu gün bütün dünya ölkələrində qeydə alınan ölüm hallarında qeyri-infeksion xəstəliklərin (QİX) payı 60% təşkil edir: "Heç bir tədbir görülməzsə 2020-ci ilədək bütün ölüm hallarında QİX-nin payı 73%-dək artacaq. Qeyri-infeksion xəstəliklərə ürək-qan damar, diabet, xərçəng, tənəffüs xəstəlikləri və digərləri daxildir. Bunların da yaranmasının əsas səbəbləri alkoqol, qeyri-sağlam qidalanma, fiziki aktivliyin olmaması, xüsusilə tütünçəkmədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31