Azərbaycan-Tacikistan əlaqələri inkişaf edir

Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə rəsmi səfərdə olan Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının sədri Şukurcon Zuxurovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə rəsmi səfərdə olan Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının sədri Şukurcon Zuxurovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. MM-dən verilən məlumata görə, spiker dost və qardaş Tacikistanla əlaqələrimizin qədim tarixi köklərə söykəndiyini vurğulayaraq, dostluq ənənələrinin bu gün də davam etdiyini söyləyib.

Qeyd edilib ki, dövlət başçılarımız arasındakı səmimi münasibətlər dövlətlərarası əlaqələrin inkişafına da öz təsirini göstərir. Bu günədək ölkələrimiz arasında 44 sənəd imzalanıb. Bakı-Tbilisi-Qars dəmiryolu xətti işə düşdükdən sonra ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin artması xalqlarımızın mənafelərinə xidmət edəcək. Spiker vurğulayıb ki, parlamentlər səviyyəsində əlaqələrimizin daha da dərinləşməsi ümumi məqsədlərə xidmət edir. Səmimi qəbul üçün minnətdarlığını bildirən Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının sədri Şukurcon Zuxurov qeyd edib ki, müstəqillik əldə etdikdən sonra ölkələrimiz arasında əlaqələrin qurulmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük rolu olmuşdur. Onun səyi nəticəsində əlaqələrimiz daha da möhkəmlənmişdir. Bu siyasət bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qonaq Azərbaycanda sentyabrın 26-da keçirilmiş referendumun nəticələrini yüksək dəyərləndirərək, bunun əhalinin ölkə Prezidentinə olan inamının göstəricisi olduğunu söyləyib. Bildirilib ki, Tacikistan Prezidenti də Azərbaycanla əlaqələrə böyük önəm verir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31