Azərbaycan ərazisində faktiki hava açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində faktiki hava şəraitini açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində faktiki hava şəraitini açıqlayıb.

Departamentdən APA-ya verilən məlumata görə, sentyabrın 28-i gündüzdən 29-u səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, yağış  yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub.

Düşən yağıntının miqdarı Bakı və Abşeron yarımadasında 18-65, Böyük Qafqazda 3-4, Mərkəzi Aran rayonlarında 3-29, Lənkəran-Astara zonasında 11-39, Kiçik Qafqazda 7-18, Qazax-Gəncə zonasında 2-6, Naxçıvan MR-da 1-7 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Şahdağda 1 sm olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31