Bakıda keçirilən beynəlxalq müdafiə sərgisində Azərbaycan istehsalı olan yeni növ 7 aviabomba nümayiş olunur

Azərbaycanda yeni nəsil aviabombaların yaradılması sahəsində intensiv işlər gedir. Bu barədə APA-ya Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) "ADEX 2016" beynəlxalq müdafiə sərgisindəki stendindən məlumat verilib.

Azərbaycanda yeni nəsil aviabombaların yaradılması sahəsində intensiv işlər gedir.

Bu barədə APA-ya Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) "ADEX 2016" beynəlxalq müdafiə sərgisindəki stendindən məlumat verilib.

Bildirilib ki, "ADEX 2016" beynəlxalq müdafiə sərgisində Azərbaycan istehsalı olan yeni növ 7 aviabomba nümayiş olunur.

Qeyd olunub ki, sərgidə idarə olunmayan 2 yeni 80 mm-lik aviasiya raketləri də nümayiş etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31