Veloyürüş keçirilib

Biləsuvar rayon Gənclər və İdman İdrarəsin, YAP Biləsuvar rayon təşkilatı gənclər birliyinin təşkilatçılığı və Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə rayonda veloyürüş keçirilib.

Biləsuvar rayon Gənclər və İdman İdrarəsin, YAP Biləsuvar rayon təşkilatı gənclər birliyinin təşkilatçılığı və Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə rayonda veloyürüş keçirilib. GİN-dən "OLAYLAR"-a bildirilib ki, veloyürüşdə Azərbaycan Velosiped İdman Federasiyasının Baş katibi Fərhad Əliyev və Təşkilati məsələlər üzrə menecer Faiq Qurbanov iştirak ediblər. Veloyürüşün açılış mərasimində çıxış edən Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov bildirib ki, veloyürüşün keçirilməsində əsas məqsəd rayonda velosiped idman növünə gənclərin marağının artırılması və inkişaf etdirilməsidir. Müxtəlif yaş qruplarından olan 100-dən çox velosipedçinin qatıldığı veloyürüş şəhərin girişindən start götürmüş, Heydər Əliyev küçəsi boyunca davam edib. Veloyürüşdə ən çox fərqlənmiş idmançılara Biləsuvar rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Velosiped İdman Federasiyasının diplomları və hədiyyələri təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31