Azərbaycan vətəndaşları öz gələcəklərinə səs verdilər

Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklə bağlı keçirilən ümumixalq səsvrməsi xarici antiAzərbaycan qüvvələri və onların əlaltıları olan “milli” radikal müxalifətin iddialarının əksinə olaraq yüksək seçici fəallığı ilə müşayət olundu.

Elman Nəsirov: "Bu referendum ölkəmizin taleyində olduqca böyük rol oynayacaq"
 

Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklə bağlı keçirilən ümumixalq səsvrməsi xarici antiAzərbaycan qüvvələri və onların əlaltıları olan "milli" radikal müxalifətin iddialarının əksinə olaraq yüksək seçici fəallığı ilə müşayət olundu. Azərbaycan vətəndaşlarının səsvermə aktivliyi müxalifətin baykota çağırış taktikasını alt-üst etməklə yanaşı, Prezident İlham Əliyevin yanında olduğunu, onun həyata keçirdiyi daxili və xarici siyasəti dəstəklədiyini bir daha sübut etdi. Ancaq müşahidələr deməyə əsas verir ki, müxalifət ölkəmizdə keçirilən bütün seçkilərdə ortaya qoyduğu antidövlət təbliğatını yenə də davam etdirəcək. Ən azından xarici himayədarlarından aldıqları vəsaitin hesabını vermək üçün hansısa əyintilərin olduğunu iddia edəcəklər. Ancaq fakt ondan ibarətdir ki, referendum baş tutdu və səsverməyə çıxarılan əlavə və dəyişikliklər xalqın rifah halının daha yaxşılaşmasına xidmət edəcək. Millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında çox mühüm bir hadisə olan referendum uğurla başa çatdı. Referendumda xalq yüksək fəallıq nümayiş etdirdi. İlkin nəticələrə görə referendumda iştirak edenlərin tam əksəriyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Konstitusiyaya təklif edilən dəyişikliklərə "hə" dedi. R.Əliyev bildirib ki, Azərbaycan xalqı öz Prezidentinin ətrafında daha sıx birləşdiyini, Onun siyasətini dəstəklədiyini növbəti dəfə nümayiş etdirdi. Millət vəkilinin fikrincə, bu fakt Azərbaycanı istəməyə xarici dairələrə də tutarlı cavabdır: "Möhtərəm Prezidentimiz həmişə qeyd edir ki, Azərbaycanda aparılan siysasət sosialyönümlü siyasətdir və bu siyasətin mərkəzində Azərbaycan vətandaşı dayanır. Azərbaycan xalqı bu siyasətə cavab olaraq həmişə olduğu kimi bu dəfə də öz Prezidentini dəstəklədi və bir daha sübut olundu ki Azərbaycan xalqı öz Prezidenti ilə birdir. Xalq dövlət başçısının başladığı və uğurla davam etdirdiyi Azərbaycanın sürətli inkişafını təmin edən, əhalinin sosial vəziyyətinin durmadan yaxşılaşdırılmasını təmin edən siyasətini dəstəkləyərək bu siyasətin davam etdirilməsinə səs verdi. Konstitusiyaya edilən əlavə və dəyişikliklər bütövlükdə Azərbaycan cəmiyyətinin inkişafının müasir mərhələsində onun həyat fəaliyyətinin əsas sahələrini əhatə edir. Bu dəyişikliklər ölkədə başlamış iqtisadi islahatların sürətləndirilməsinə və genişləndirməsinə, qeyri-neft sektorunun birinci növbədə kənd təsərüfatının ənənəvi sahələrinin inkişafına , dövlət idarəetmə sisteminin təkmilləşdirilməsinə, əhalinin sosial vəziyyətinin dahada yaxşılaşdırılması məqsədi ilə yeni sosial lahiyələrin yerinə yetirilməsinə təkan verəcək. Referendumun uğurla başa çatması münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edirəm, Azərbaycanın inkişafı və daha da qüdrətlənməsi sahəsində qarşıda duran bütün vəzifələrinin həyata keçirilməsində uğurlar diləyirəm". Milli Məclisin deputatı Kamran Bayramov bildirib ki, Kontitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar keçirilən ümumxalq səsverməsi uğurla baş tutdu. K.Bayramov bildirib ki, seçicilərin demək olar ki, 70 faizi Referendum Aktına münasibətini bildirdi, öz seçki hüququndan bütünlüklə istifadə etdi: "Bu da o deməkdir ki, əhalimizin əksəriyyəti siyasi baxımdan fəal, məsuliyyətli və ölkəmizin gələcəyinə biganə qalmayan insanlardır. Əminəm ki, xalqımız etdiyi seçimdən yalnız bəhrə və fayda görəcəkdir". Milli Məclisin deputatı Elman Nəsirov isə qeyd edib ki, ölkə vətəndaşları referendumda böyük ruh yüksəkliyi ilə iştirak etdilər: "İnsanlar inanırlar ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Konstitusiyamıza edilən dəyişikliklər ölkəmizdə ictimai-siyasi sabitliyi möhkəmləndirəcək, təhlükəsizlik mühitini daha da gücləndirəcək və ölkəmizin davamlı inkişafını bundan sonra da təmin edəcək". E.Nəsirov bildirib ki, insanlar bu referendumda iştirak etməklə öz gələcəklərinə səs verdilər. Onun fikrincə, bu referendum ölkəmizin taleyində olduqca böyük rol oynayacaq: "Biz tam əminik ki, refrendumdan sonra ölkəmizin bundan sonrakı inkişafında, iqtisadi islahatların dərinləşməsində, Azərbaycanda dövlət idarəçiliyinin daha da mükəmməlləşməsi istiqamətində çox ciddi islahatların şahidi olacağıq". 

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31