Uşaq zorakılığının qarşısını necə almaq olar?
Son illərdə cəmiyyətdə müşahidə edilən mənfi tendensiyalardan biri də uşaqların təcavüzə uğramasıdır. Bəzən bu hal hətta cinsi zorakılıq hallarına da gətirib çıxarır. Təssüflər olsun ki, bu gün bütün dünya üçün aktual olan bu problemə bir sıra hallarda Azərbaycanda da rast gəlmək olur. Düzdür, bu kimi mənfi hallara qarşı administrativ yollarla mübarizə aparılsa da, lakin bu mübarizə metodu heç də bütün hallarda effektli nəticə vermir. Ona görə də bir çoxları hesab edir ki, gələcəkdə uşaq zorakılığı, təcavüzü kimi hallarla rastlaşmamaq üçün elə uşaq vaxtlarından bu istiqamətdə iş aparılmalıdır.
27 Sentyabr 2016 15:09 SosialSon illərdə cəmiyyətdə müşahidə edilən mənfi tendensiyalardan biri də uşaqların təcavüzə uğramasıdır. Bəzən bu hal hətta cinsi zorakılıq hallarına da gətirib çıxarır. Təssüflər olsun ki, bu gün bütün dünya üçün aktual olan bu problemə bir sıra hallarda Azərbaycanda da rast gəlmək olur. Düzdür, bu kimi mənfi hallara qarşı administrativ yollarla mübarizə aparılsa da, lakin bu mübarizə metodu heç də bütün hallarda effektli nəticə vermir. Ona görə də bir çoxları hesab edir ki, gələcəkdə uşaq zorakılığı, təcavüzü kimi hallarla rastlaşmamaq üçün elə uşaq vaxtlarından bu istiqamətdə iş aparılmalıdır.
Psixoloq, ADPU-nun Pedaqogika və Psixologiya fakültəsinin magistrı Əminə İsrafilzadə deyir ki, uşaqlar dünyaya gələn zaman valideynlər bir qayda olaraq onları əzizləyər, qucaqlayar, öpər. Onları hər bir mənfi haldan qoruyar: "Ancaq uşaqlar böyüdükcə bağçaya, məktəbə gedər, həyətə düşər. Digər uşaqlarla tək başına oynadığı zaman onu artıq valideyn qoruya bilmir. Uşağın özünü qoruması üçün onda müəyyən davranışlar aşılamaq lazımdır. Ancaq bəzi valideynlər bu mövzuya elə məsuliyyətsiz yanaşırlar ki, sanki bu xəbərlərə qəzetlərdə, saytlarlarda, televiziyalarda heç rast gəlməyiblər. Sanki belə hadisələr heç olmayıb, uşaqlara qarşı təcavüz yoxdu. Halbuki valideynlərin ürəkləri parçalanması lazım gəldiyi halda onlar bu mövzuya biganə qalırlar. 6-7 yaşında uşağına davranış refleksi aşılamadan onu tək başına həyətə buraxarlar. "Bizim məhlədə hamı bir-birini tanıyır, elə bir hadisə ola bilməz" deyirlər. Ancaq düşünmürlər ki, uşağın oynadığı həyətə yad birinin gəlib uşaqla danışması heç də çətin bir iş sayılmır". Psixoloq deyir ki, uşaqların təcavüzə uğramamaları üçün onlarda davranış refleksləri evdə valideynlər tərəfindən həyata keçirilməlidir: "Təəssüflər olsun ki, bir çox valideynlərin bu refleksi uşaqda formalaşdırmaq barədə bacarıqları yoxdur. Uşaq əynini isladanda 3-4 nəfər insanın yanında ana uşağını soyundurub paltarını dəyişdirən zaman uşaq tanımadığı insanların yanında çılpaq halda qalır və bunun adi bir hiss olduğunu öyrənir. Ana bunu etməklə uşaqda olacaq utanma hissinin yaranmasına mane olur. Ancaq valideynlər, uşağın da bir insan olduğunu, onun da insani duyğulara malik olduğunu unutmamalıdır. Bəzi valideynlərsə uşağını təcavüzdən qorumasını lap üst səviyyəyə çıxarar, uşağı qorxudaraq düzgün davranış formalaşdırdıqlarını zənn edərlər. Uşağını təcavüzdən qorumaq istəyən valideynlər əvvəlcə qorxularını kənara atmalıdırlar. Bu prosesə ağlı ilə ciddi yanaşmalıdırlar ki, uşağı ona qarşı uzanan əli tuta bilsin, yaxud fəryad ilə ordan qaça bilsin". Bəs "davranış refleksi" nədir və uşağa necə aşılanmalıdır? Psixoloq Əminə İsrafilzadə qeyd edir ki, uşaqlar 2 yaşına kimi analarını izləyərlər: "Anası tualetə, hamama girdiyində uşaqlarda anaları ilə birlikdə içəri girmək istəyərlər. Uşaq içəri girmək istəyirsə qoyun girsin, ancaq bir şərtlə ki, üzünü çevirsin sizə baxmasın. Biz bununla uşaqda davranış refleksi aşılayarıq ki, uşaq öz bədəninin çılpaq olduğunda kiminsə ona baxdığında, onun bədəninə toxunmaq istəyəndə bunun normal bir hiss olmadığını anlasın. Yaxud valideyn əynini dəyişəndə 2-3 yaşlı uşağın anaya baxmasına əngəl göstərilmir. Halbuki uşaq çılpaq bir bədənin görülməsini anormal bir davranış olduğunu qavrayıb narahat olmağa başlamalıdır.
Eləcə də uşağın paltarını dəyişərkən uşaqdan icazə alınmalıdır. Əgər uşağın bədəni üzərində siz istədiyiniz kimi toxunacaqsınızsa, bu vaxt uşaq öz bədəninin toxunulmasına öyrəşər. Tanımadığınız pis niyyəti olan bir adam öz paltarını, uşağın paltarını çıxardanda uşaq buna qarşı mübarizə apara bilmiyəcək. Çünki, ana uşağın paltarını onun istəyi olmadan zorla çıxardanda uşaq nə qədər etiraz etsə də, nə qədər qışqırsa da, ağlasa da bunun işə yaramadığını öyrənmişdir. Bununla da yad birisi uşağın paltarını çıxartması uşaqda eyni vəziyyət yaradır deyə uşaq bu bu vəziyyətin anormal olduğunu hiss edə bilmir.. Yaxud da bəzən uşağı sevərək oxşayan zaman uşağın dodağını öpürlər. Bu hərəkət qəti olmaz. Biz bu olmazı uşaq üçün əxlaqa zidd davranışdır deyə demirik. Bəs nə üçün olmaz? Çünki, uşaq onun dodağına, boynuna toxunulduğunda, əl uzadıldığında geri çəkilməyi öyrənməlidir. Bu uşaqda refleks halında formalaşmalıdır. Siz uşağınızın bədəninin həmin bölgəsinə toxunsanız, oxşasanız, öpsəniz bu həssas duyğular uşaqda adiləşər, uşaqda davranış refleksi formalaşmaz. Başqası da bu hərəkəti uşağa qarşı etsə uşaq çəkinməz və ən əsası özünü qoruya bilməz. Bu baxımdan təhlükəlidir. Yoxsa "uşaqdır, bu hissləri necə başa düşə bilər" söhbəti deyildir. Uşağa bu tipli davranış refleksləri ailədə formalaşsa uşaq ona qarşı uzadılan əlin təhlükəli olduğunu anlayar, fəryad ilə həmin yerdən uzaqlaşar. Bu kimi davranışlar uşaqda aşılanmalıdır ki, uşaq belə vəziyyətlə üzləşsə durub saf-saf baxmasın, özünü qoruya bilsin".
Zorakiliq

Füzuli