Xalqımız bir daha Prezident İlham Əliyevin yanında olduğunu sübut etdi
Referendum ölkə iqtisadiyyatının çevik idarəetmə mexanizminə keçidi baxımından mühüm mərhələ oldu. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov deyib ki, xalqımız bir daha Prezident İlham Əliyevin yanında olduğunu, onun siyasətini dəstəklədiyini sübut etdi: “Olduqca mühüm tarixi mərhələni yaşayırıq.
27 Sentyabr 2016 13:19 SosialReferendum ölkə iqtisadiyyatının çevik idarəetmə mexanizminə keçidi baxımından mühüm mərhələ oldu. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov deyib ki, xalqımız bir daha Prezident İlham Əliyevin yanında olduğunu, onun siyasətini dəstəklədiyini sübut etdi: "Olduqca mühüm tarixi mərhələni yaşayırıq. Bu həm qürurverici, həm də məsuliyyətli dönəmdir. Hər dövrün öz siyasi və iqtisadi tələbləri var. Bu tələbləri qarşılamaq üçün innovativ idarəçilik mexanizmi qaçılmaz idi. Bu Referendum həm də gənclər üçün yeni imkanlar açacaq. Artıq yüksək potensiallı, sağlam əqidəli istənilən gənc dövlət idarəçiliyinə cəlb olunma imkanı qazanacaq. Hesab edirəm bu Ulu Öndər tərəfindən əsası qoyulan gənclər siyasətinin ən konstruktiv davamıdır. Lakin iş hələ indi başlayıb. Qarşıda bizi gərgin və məsuliyyətli dönəm gözləyir. Biz Prezidentə islahatlar zamanı dəstək olmalı, ölkəmizin daha da çiçəklənməsi yolunda əlimizdən gələni etməliyik"