Mübariz Qurbanlı: "Heç kim məscidi siyasət meydanına çevirə bilməz"
"Azərbaycanda bəzi şəxslər dindən istifadə edib aranı qarışdırmağa cəhd edirlər".
27 Sentyabr 2016 11:52 Sosial"Azərbaycanda bəzi şəxslər dindən istifadə edib aranı qarışdırmağa cəhd edirlər".
Trend bildirir ki, bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, həmin şəxslər ölkədə mühüm kampaniyalar zamanı aktivləşməyə cəhd etsələr də, mümkün olmayıb: "Biz daim dövlətimiz və dövlətçiliyimiz üçün çalışmışıq və aranı qarışdırmaq istəyənlərə qarşı mübarizə aparırıq. Heç kim məscidi siyasət meydanına çevirə bilməz. Buna imkan verməyəcəyik. Məscidlər namaz qılmaq, Allaha ibadət etmək üçündür".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31