İŞİD-in maliyyələşdirilməsi məsələsi müzakirə ediləcək
Milli Məclisin deputatı Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının Siyasi məsələlər və demokratiya komitəsinin iclasında iştirak etmək üçün İslandiyanın paytaxtı Reykyavikə səfər edib.
26 Sentyabr 2016 12:05 SosialMilli Məclisin deputatı Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının Siyasi məsələlər və demokratiya komitəsinin iclasında iştirak etmək üçün İslandiyanın paytaxtı Reykyavikə səfər edib. Milli Məclisdən verilən məlumata görə, iclasda İŞİD terror qruplaşmasının maliyyələşməsi, Livanda vəziyyət, Avropada regional təhlükəsizlik üçün risklər, Qırğızıstan Parlamenti ilə demokratiya naminə əməkdaşlığın inkişaf etdirilməsi və digər mövzularda müzakirələr aparılacaq. Deputatımız müzakirə olunan məsələlər barədə öz fikirlərini açıqlayacaq. Səfər sentyabrın 27-də başa çatacaq.