İcbari tibbi sığorta üçün hazırlıq işləri başa çatmaq üzrədir

İcbari tibbi sığorta müasir dünyada səhiyyə sisteminin maliyyələşməsinin ən optimal yoludur. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına millət vəkili Musa Quliyev səsləndirib.

İcbari tibbi sığorta müasir dünyada səhiyyə sisteminin maliyyələşməsinin ən optimal yoludur. "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına millət vəkili Musa Quliyev səsləndirib. O, bildirib ki, Azərbaycan da bu yolu tutub və icbari tibbi sığortanın tətbiqi üçün lazım olan hazırlıq işləri ölkəmizdə başa çatmaq üzrədir: " Bu sahədə lazımi hüquqi baza yaradılıb, dünya təcrübəsi öyrənilib, bu işi həyata keçirəcək qurumun - Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta Agentliyinin əsasnaməsi təsdiq olunub. Bu il icbari tibbi sığortanın pilot layihə şəklində həyata keçirilməsi üçün dövlət büdcəsində 10 milyon manat nəzərdə tutulub. Beynəlxalq ekspertlərin yaxından iştirakı ilə hazırda yerli mütəxəssislər tərəfindən icbari tibbi sığortanın pilot layihəsi hazırlanır. Düşünürəm ki, bu ilin sonuna qədər biz icbari tibbi sığortanın pilot şəkilində tətbiqinə nail olacağıq". Millət vəkili deyib ki, icbari tibbi sığortanın əsas prinsipi və mahiyyəti səhiyyə xərclərinin və xidmətlərə nəzarətin paylaşmasından ibarətdir: "Yəni əgər hazırki dövlət səhiyyəsində tibbi xərcləri yalnız dövlət büdcəsindən, özəl sektorda isə vətəndaşlar tərəfindən ödənilirsə, icbari tibbi sığorta tətbiq olunandan sonra bu xərclər dövlət, işəgötürən və işçi arasında bölünəcəkdir. Eyni zamanda, tibb müəssisələrinin maliyyələşməsi, onların gördükləri işin həcminə və keyfiyyətinə uyğun olaraq həyata keçiriləcəkdir. Bu da istər səhiyyə müəssisələri arasında, istərsə də tibb işçiləri arasında sağlam rəqabərin formalaşmasına xidmət edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31