Moskvada Quran bayramı keçiriləcək
Sentyabrın 25-də Moskvanın "Krokus Siti Holl" konsert zalında Quran bayramı keçiriləcək. Bayramın başlıca tədbiri XVII Moskva Beynəlxalq Quran Qiraətçiləri Müsabiqəsinin finalı olacaq.
23 Sentyabr 2016 13:43 SosialSentyabrın 25-də Moskvanın "Krokus Siti Holl" konsert zalında Quran bayramı keçiriləcək. Bayramın başlıca tədbiri XVII Moskva Beynəlxalq Quran Qiraətçiləri Müsabiqəsinin finalı olacaq.
Müsabiqədə 30-dan artıq ölkədən olan Quran qiraətçiləri iştirak edəcəklər.
İştirakçılar müqəddəs Quranın tilavəti nominasiyası üzrə mübarizə aparacaqlar.
Bu il bayram tamaşaçılarını xüsusi geniş mədəniyyət proqramı gözləyir.
Bayram konsert zalının foyesində keçiriləcək. Burada fəxri qonaqlar və tanınmış Quran hafizlərinin iştirakı ilə müxtəlif ustad mühazirələri baş tutacaq.
Bundan başqa, bayram çərçivəsində qalib üç şəxsə ümrə ziyarəti etmək imkanı veriləcək. Salamnews