Elektron bilet sifarişi tətbiq edilir
Azərbaycandan keçən beynəlxalq nəqliyyat marşrutlarının cəlbediciliyinin yüksəldilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarindan istifadə ilə yük və sərnişin daşımalarında sənədləşmənin sadələşdirilməsi və operativliyin artırılması istiqamətində ölkə rəhbərliyinin tapşırıqlarını və Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının müvafiq qərarlarını əldə rəhbər tutaraq, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC elektron bilet sifarişi ilə bağlı yeni xidmət təklif edir.
6 Sentyabr 2016 11:42 SosialAzərbaycandan keçən beynəlxalq nəqliyyat marşrutlarının cəlbediciliyinin yüksəldilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarindan istifadə ilə yük və sərnişin daşımalarında sənədləşmənin sadələşdirilməsi və operativliyin artırılması istiqamətində ölkə rəhbərliyinin tapşırıqlarını və Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının müvafiq qərarlarını əldə rəhbər tutaraq, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC elektron bilet sifarişi ilə bağlı yeni xidmət təklif edir. "OLAYLAR"-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, gəmiçiliyin internet saytında , Ro-Ro və bərə gəmiləri ilə müxtəlif tipli avtomaşınların və sərnişinlərin daşınması üçün "E-Bilet" elektron bilet sifarişi sistemi (https://public.acsc.az/online/payment/index/az/) istifadəyə verilib. Yükün növü, yüklənmə və gediş limanları, ödəyən şəxs və daşınan nəqliyyat vasitəsi barədə məlumatlar daxil edildikdən sonra biletin qiyməti avtomatik hesablanacaq. Beləliklə, yeni sistem istifadəçi üçün vaxt itkisinin qarşısının alınması baxımından çox əlverişli olacaq. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi müasir texnologiyaların tətbiqi ilə bağlı səylərini bundan sonra da davam etdirəcək.