Keçən ay 290 min 886 manat sığorta ödənişləri həyata keçirilib

2016-cı ilin avqust ayında “AtaSığorta” ASC 766 hadisə üzrə 290 min 886 manat sığorta ödənişləri həyata keçirib.

2016-cı ilin avqust ayında "AtaSığorta" ASC 766 hadisə üzrə 290 min 886 manat sığorta ödənişləri həyata keçirib. Şirkətdən "OLAYLAR"-a bildirilib ki, bu, hər gün orta hesabla 25 sığorta ödənişin həyata keçirildiyi deməkdir. Bu məbləg əsasən kasko sığorta, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, əmlak sığortası və tibbi sığorta üzrə ödənilib. Bununla da, "AtaSığorta" ASC fiziki və korporativ müştəriləri üçün etibarlı sığorta tərəfdaşı olduğunu bir daha nümayiş etdirib. Son zamanlarda müştəri məmnuniyyətinə diqqətini daha da artıran "AtaSığorta" ASC, ödənişlərin verilməsi prosesinin sadələşdirilməsi və tezləşdirilməsi üçün də səylərini davam etdirir. Şirkət tərəfindən görülən bu işlər nəticəsində müştərilərin yüksək səviyyəli sığorta xidmətləri ilə təmin olunması və məmnunluq səviyyəsinin artırılması nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31