Ərzaq dükanlarının piştaxtalarında olan kolbasa və sosiskalar xəstəlik mənbəyidir

“Ərzaq dükanlarının piştaxtalarında gözəgəlimli olan kolbasa və sosiskalar xəstəlik mənbəyidir. Ölkəmizdə istehsal olunan həmin kolbasa məhsulları keyfiyyətsiz, insan saglamlığını ciddi təhdid edən ətlərdən və kimyəvi maddələrin qarışığından hazırlanır”.

"Ərzaq dükanlarının piştaxtalarında gözəgəlimli olan kolbasa və sosiskalar xəstəlik mənbəyidir. Ölkəmizdə istehsal olunan həmin kolbasa məhsulları keyfiyyətsiz, insan saglamlığını ciddi təhdid edən ətlərdən və kimyəvi maddələrin qarışığından hazırlanır". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri müstəqil ekspert Məhəmməd Əsədullazadə səsləndirib. O, bildirib ki, "Halal"adı ilə istehlakçılara fırıldaq gələn istehsalçılar, xalqın sağlamlığını təhdid edərək, yalnız öz şəxsi mənfəətlərini düşünür: "Ölkəyə gətirilən zərərli ətlər birbaşa zirzəmilərdə və heç bir normal fəaliyyəti olmayan kolbasa sexlərinə verilir. Həmin zərərli məhsullar onkoloji xəstəliklərin artmasına və digər xəstəliklərə yol açır. Bu, məhsulları almayaq, kifayət qədər uzaq duraq. Nə qədər uzaq dursaq, sağlamlığımız xəstəliklərdən bir o, qədər də uzaq duracaq. Sağlamlığımız ilk növbədə yediyimiz qidadan aslıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31