Kənd yerlərində qadınların sosial vəziyyəti yaxşılaşdırılır
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Ağsu rayonunun Gəgəli, Bico və Qəşəd kəndlərində "Kənd həyat tərzinin inkişafında qadınların rolu" layihəsi çərçivəsində təlimlər keçirilib.
5 Sentyabr 2016 11:19 SosialMİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Ağsu rayonunun Gəgəli, Bico və Qəşəd kəndlərində "Kənd həyat tərzinin inkişafında qadınların rolu" layihəsi çərçivəsində təlimlər keçirilib. İctimai Birlikdən "OLAYLAR"-a bildirilib ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin rəhbəri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, layihənin eksperti Prof.Dr. Kübra Əliyeva, təlimçiləri Gülşən Hüseynova və Aidə Məlikova, koordinatoru Rəfael Cəlilovdur. Layihənin işində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin üzvləri könüllü kimi yaxından iştirak ediblər. Təlimlər Gəgəli kəndindəki Həkim Fazil Cəlilov mədəniyyət evi, Bico kənd tam orta məktəbi və Qəşəd kənd tam orta məktəbində keçirilib. Təlimlərdə bələdiyyə üzvləri, müəllim, evdar qadınlar, xüsusilə xalça və palaz toxumaq bacarıqları olan qadınlar iştirak ediblər. Təlim proqramına uyğun olaraq əvvəlcə layihənin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli layihənin gedişatı haqqında məlumat verib. O bildirib ki, layihənin araşdırma mərhələsində hər üç kənddə 100 qadın arasında sorğu keçirilib, evlərdə qorunub saxlanan xalça və palaz məmulatı haqqında qeydlər aparılıb və fotoları çəkilib. Respondentlər onlara ünvanlanan sualları özünəməxsus şəkildə cavablandırıblar.
Qeyd edək ki, layihənin məqsədi Azərbaycanda yaşayan əhalinin ahıl, tənha və aztəminatlı ailələrinin, xüsusilə qadınların sosial vəziyyətinin yaxşılaşması və onların asudə vaxtlarının səmərəli təşkilinə dair təşəbbüslərə dəstək verməkdir.