"WhatsApp"ın səs-küylü yeniliyi ilə bağlı İLK AÇIQLAMA

Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi "WhatsApp" bir neçə gün əvvəl məlumatlarımızın "Facebook"a ötürülməsi ilə bağlı yenilik edib.

Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi "WhatsApp" bir neçə gün əvvəl məlumatlarımızın "Facebook"a ötürülməsi ilə bağlı yenilik edib.

"Gazetevatan" xəbər verir ki, sosial şəbəkənin sözügedən yeniliyi etirazlara səbəb olub. İstifadəçilər məlumatlarının ötürülməsinə narazılıq ediblər. Nəticədə şirkət məsələ ilə bağlı ilk açıqlama verib. 

Şirkət açıqlamasında bildirib ki, istifadəçilərinin məxfiliyi pozulmayacaq, sui-istifadə halları olmayacaq, əksinə, yenilik xidmət keyfiyyətinin artmasına kömək edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31