Boşanan müğənninin əri: "Geri dönüşü yoxdur"
Ötən gün opera və estrada müğənnisi Lətifə Soyuöz həyat yoldaşı Deniz Soyuözdən ayrılması xəbəri gündəm yaratdı.
24 Avqust 2016 12:47 SosialÖtən gün opera və estrada müğənnisi Lətifə Soyuöz həyat yoldaşı Deniz Soyuözdən ayrılması xəbəri gündəm yaratdı.
Primetime.az xəbər verir ki, müğənninin həyat yoldaşı Deniz boşanma xəbərinə münasibət bildirib:
- Biz kağız üzərində boşanmışıq. Sonuncu məhkəməmiz sentyabr ayının 5-də baş tutacaq.
- Hazırda işinizə hansı məhkəmədə baxılır?
-Yasamal Rayon Məhkəməsində.
- Hər şeyə rəğmən ortada bir övladınız var.
- Bəli, oğlumuz var. Nə edə bilərəm? Geri dönüşü yoxdur. Əlimdən gələn hər şeyi etdim, amma alınmadı.
- Neçə aydır ayrılmısınız?
- Artıq 4 aydır, ayrı yaşayırıq.
- Yazılanlara görə, boşanma səbəbiniz xəyanətdir, bu nə nərəcədə doğrudur?
- Düzgün məlumat deyil, yayılan belə əsassız şayiələr məni əsəbləşdirir. Yazmaq asandır, əgər yazmağa qalsa, başqa səbəblər də yazmaq olar. Amma bu öz aramızda baş verən ailədaxili məsələdir.