"Günəşli" yatağının 7 saylı özülündə ilk quyu istismara verilib
“Günəşli” yatağında yenicə istismara verilmiş 7 saylı dərin dəniz özülündə 316 nömrəli ilk hasilat quyusu qazmadan sonra istismara verilib.
29 İyul 2016 11:43 Sosial"Günəşli" yatağında yenicə istismara verilmiş 7 saylı dərin dəniz özülündə 316 nömrəli ilk hasilat quyusu qazmadan sonra istismara verilib.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) xəbər verir ki, quyu məhsuldar qatın Fasilə lay dəstəsindən qazlift üsulu ilə mənimsənilərək, süzgəclər açılmaqla 2 753-2 716 metr intervaldan sutkalıq 80 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri "28 May" NQÇİ tərəfindən həyata keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00