Alimlər: Müntəzəm lobyalı yeməklər yeyənlər həmişə mülayim xasiyyətli və sakitdir

Çeşidindən asılı olmayaraq, lobya çox faydalı və dadlıdır. Lobya tərkibinin zənginliyi ilə əti əvəz edir. Baxmayaraq ki, ət heyvan, lobya isə bitki mənşəlidir. Zülal, vitamin və mikroelementlər tərkibinə görə ət və lobya çox oxşardır. Tez doyma hissi lobyanın  tərkibindəki çoxlu miqdarda olan zülal sayəsində  əmələ gəlir.

Çeşidindən asılı olmayaraq, lobya çox faydalı və dadlıdır. Lobya tərkibinin zənginliyi ilə əti əvəz edir. Baxmayaraq ki, ət heyvan, lobya isə bitki mənşəlidir. Zülal, vitamin və mikroelementlər tərkibinə görə ət və lobya çox oxşardır. Tez doyma hissi lobyanın  tərkibindəki çoxlu miqdarda olan zülal sayəsində  əmələ gəlir. Bundan başqa onun tərkibində karbohidrat, amin turşuları, B qrup vitaminləri və C  vitamini, mineral maddələr, natrium, kalium, kalsium mövcuddur. Alimlər təsdiqləyir ki, müntəzəm olaraq  lobyalı yeməklər yeyən  insanlar həmişə mülayim xasiyyət və sakitdir-axı lobya sinir sisteminə faydalı təsir göstərir. Bundan başqa o, orqanizmdə  maddələr  mübadiləsini  yaxşılaşdırır. Termiki emal və konservləşdirmə zamanı  lobya öz faydalı  keyfiyyətlərini  itirmir. Konservləşdirmə zamanı  onun tərkibində  70%-ə qədər  vitamin və 80%-ə qədər  mineral maddə qalır. Lobyanın konservləşdirilməsi nahaqdan  tətbiq  olunmur. Yaşadığımız sürət  əsrində lobyadan tez bir zamanda  ən sadə  yeməyi belə hazırlamaq çox çətindir.  Axı onu  əvvəl soyuq və  qaynadılmış suda təxminən  1 sutka  və suyunu  hər 5-6 saatdan bir dəyişərək saxlamaq və sonra 1,5 saat  saatdan az olmayaraq qaynatmaq lazımdır.  Bu səbəbdən də konservləşdirilmiş lobya  daha əlverişlidir.   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00