Nazirlik partlayışla əlaqədar Şirvana tibbi briqadalar göndərdi - 6 nəfər yaralanıb

Bu gün Şirvan rayonunda silah zavodunda baş vermiş partlayış zamanı xəsarət almış 6 nəfər Şirvan şəhər mərkəzi rayon xətəxanasına yerləşdirilib, vəziyyətləri ağır qiymətləndirilir.

Bu gün Şirvan rayonunda silah zavodunda baş vermiş partlayış zamanı xəsarət almış 6 nəfər Şirvan şəhər mərkəzi rayon xətəxanasına yerləşdirilib, vəziyyətləri ağır qiymətləndirilir.

X X X

Şirvan rayonunda baş vermiş hadisə ilə əlaqədar yerli səhiyyə müəssisələrinin səyləri səfərbər olunub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əlavə olaraq hadisə yerinə Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidməti tərəfindən 2 həkim briqadası (travmatoloq, reanimatoloq və s.) artıq göndərilib və 3 həkim briqadası hazırda göndərilməkdədir.

Hadisə nəticəsində zərərçəkənlərə zəruri tibbi yardım təqdim edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00