Aqrar sahədə ixtisasslı kadrlara ehtiyac var

Azərbaycan Dövlət Aqrar Universiteti 2016/2017-ci tədris ilində 1370 yer müsabiqəyə çıxarıb. Bunlardan 1265 yer Azərbaycan bölməsinin (əyani təhsil üzrə 1130, qiyabi təhsil üzrə 135 yer), 105 yer isə rus bölməsinin payına düşür. Bu, 2015/2016-cı tədris ili ilə müqayisədə 95 yer (8,2%) çoxdur. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, növbəti tədris ili üçün kənd təsərrüfatı ixtisasları üzrə dövlət sifarişi ilə tələbə qəbulu 600 nəfər (Azərbaycan bölməsində əyani təhsil üzrə 465, qiyabi təhsil üzrə 75, rus bölməsində əyani təhsil üzrə 60 nəfər) (ümumi plan yerlərinin 47,4%-i) proqnozlaşdırılır.

Dövlət sifarişi 25 faiz artırılıb
 

Azərbaycan Dövlət Aqrar Universiteti 2016/2017-ci tədris ilində 1370 yer müsabiqəyə çıxarıb. Bunlardan 1265 yer Azərbaycan bölməsinin (əyani təhsil üzrə 1130, qiyabi təhsil üzrə 135 yer), 105 yer isə rus bölməsinin payına düşür. Bu, 2015/2016-cı tədris ili ilə müqayisədə 95 yer (8,2%) çoxdur. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, növbəti tədris ili üçün kənd təsərrüfatı ixtisasları üzrə dövlət sifarişi ilə tələbə qəbulu 600 nəfər (Azərbaycan bölməsində əyani təhsil üzrə 465, qiyabi təhsil üzrə 75, rus bölməsində əyani təhsil üzrə 60 nəfər) (ümumi plan yerlərinin 47,4%-i) proqnozlaşdırılır. Bu göstərici 2015/2016-cı tədris ili ilə müqayisədə 120 yer (25%) çoxdur. 2016/2017-ci tədris ilində "Elektrik mühəndisliyi", "Maliyyə" ixtisaslarına qəbul yenidən aparılacaq. Bunula yanaşı, qəbul planına ilk dəfə "İqtisadiyyat" (tədrisi ingilis dilində), "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasları daxil edilib. "İqtisadiyyat" (tədrisi ingilis dilində) və "Menecment" (alman proqramı) ixtisasları üzrə tədris xarici dillərdə aparılır. "İqtisadiyyat", "Biznesin idarə edilməsi", "İstehlak mallarının ekspertizası və marketinqi", "Aqronomluq", "Baytarlıq", "Aqromühəndislik" və "Əczaçılıq" ixtisaslarına rus bölməsi üzrə də qəbul aparılır. "Aqromühəndislik", "Torpaqşünaslıq və aqrokimya", "Balıqçılıq və balıq təsərrüfatı işi", "Meşəçilik", "Aqronomluq", "Zootexniklik", "Baytarlıq", "Subioehtiyatları və akvabitkilər", "Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi", "Ekologiya" və "Əczaçılıq" ixtisaslarının müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılırlar. Bu zaman abituriyentlərin fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00