Azərbaycanda hərbi zavodda PARTLAYIŞ: ölən və yaralananlar var -Video

Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən "Araz" zavodunda güclü partlayış olub.

Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən "Araz" zavodunda güclü partlayış olub.

Hadisə nəticəsində ölən və yaralananlar var. Hadisənin təfərrüatları barədə əlavə məlumat veriləcək.

Hadisənin baş verməsini nazirlikdən Milli.Az-a təsdiqləyiblər. MSN-nin ümumi şöbəsinin müdiriBəxtiyar Əsədov bildirib ki, hələlik faktla bağlı dəqiq məlumat yoxdur, araşdırma aparılır.

Yerli sakinlər qafqazinfo-ya bildiriblər ki, partlayış silah zavodunda baş verib. Partlayışın səsi bütün şəhərə yayılıb.

Qeyd edək ki, sözügedən zavod Müdafiə Sənayesi Nazirliyinin "Üfüq" İstehsalat Birliyininin nəzdindədir.

Artıq zavoda yaxın ərazidə yaşayan sakinlər təxliyə olunur.

Xatırladaq ki, ötən ildə də həmin zavodda partlayış olmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00