Yol təsərrüfatına 300 min manat məbləğində ziyan dəyib

Cari ilin 6 ayı ərzində 1752 ədəd yol nişanı, 228 ədəd məlumatverici lövhə, 7507 ədəd siqnal dirəkləri, 2937 ədəd siqnal bayraqları, 18077 paqon-metr əyrixətli tirlər quraşdırılıb və bərpa edilib, 425.8 min m2 həcmində yolların xətlənməsi işləri yerinə yetirilib.

Cari ilin 6 ayı ərzində 1752 ədəd yol nişanı, 228 ədəd məlumatverici lövhə, 7507 ədəd siqnal dirəkləri, 2937 ədəd siqnal bayraqları, 18077 paqon-metr əyrixətli tirlər quraşdırılıb və bərpa edilib, 425.8 min m2 həcmində yolların xətlənməsi işləri yerinə yetirilib. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə məlumatı "Azəravtoyol" ASC-nin mətbuat xidməti yayıb. Bildirilib ki, görülən tədbirlərə baxmayaraq, 2016-cı ilin 6 ayı ərzində respublikanın avtomobil yollarında və Bakı şəhər yollarında 301 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4082.75 paqon-metr əyrixətli tirlər, 10 ədəd işıq dirəyi, 12 paqon-metr səsboğucu qurğu, 18 ədəd dəmir-beton sədlər, 98 paqon-metr qoruyucu metal çəpər, 20 paqon-metr körpü məhəccəri, 9 paqon-metr istinad divarı və 11 ədədyol nişanı yararsız hala düşüb. Ümümilikdə yol təsərrüfatına 321 996.25 manat məbləğində maddi ziyan dəyib, bundan da 142 599.31 manatı ödənilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00