Yaşayış binasının ikinci mərtəbəsində yanğın olub

Hacıqabul şəhərində ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində vətəndaşa məxsus mənzildə yanğın baş verib.

Hacıqabul şəhərində ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində vətəndaşa məxsus mənzildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin mətbəx və dəhlizinin yanar konstruksiyaları 20 m2 sahədə və binanın dam örtüyü 40 m2 sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00