"Caucasus International" jurnalının növbəti sayı çapdan çıxıb
"Caucasus International" jurnalının yeni sayı çapdan çıxıb.
26 İyul 2016 14:20 Sosial"Caucasus International" jurnalının yeni sayı çapdan çıxıb. SAM-dan "OLAYLAR"-a bildirilib ki, jurnalın çapdan çıxan yeni sayı son illər regionda ən çox müzakirə edilən mövzulardan olan trans-Avrasiya nəqliyyat şəbəkəsi, nəqliyyat siyasəti və iqtisadiyyatı kimi mövzulara həsr edilib. Jurnalın yeni sayında qeyd edilən mövzunun əsas aspektlərini əhatə edən 11 məqalə əksini tapıb. Jurnalda həmçinin cari ilin aprel ayında cəbhə xəttində gərginliyin kəskin şəkildə yüksəlməsindən sonra yenidən bütün dünya ictimaiyyətinin diqqətini cəlb edən Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinə həsr edilmiş məqalə də dərc edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00