ARGTMŞ sədri Gənclər Şurasının iclasında iştirak edib
Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov Qırğızıstanda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Gənclər Şurasının iclasında iştirak edib.
26 İyul 2016 14:19 SosialGənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov Qırğızıstanda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Gənclər Şurasının iclasında iştirak edib. "OLAYLAR"-ın xəbərinə görə, iclasda təşkilatın 15 üzv dövlətinin nümayəndələri, gənclər, ekspertlər və Qırğızıstan Respublikasının gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər. Konfransın əsas məqsədi Asiya ölkələrində beynəlxalq gənclər əməkdaşlığı, təhlükəsizlik və dini ekstremizmin qarşısının alınmasında gənclərin cəlb olunması, gənclər üçün mübadilə proqramlarının genişləndirilməsi və təkmilləşdirilməsi olub. Konfrans çərçivəsində Seymur Hüseynov Azərbaycan gənclər siyasətinin Asiya ölkələrinin diplomatik və gənclər sektorunun nümayəndələri və ekspertlərə ölkənin gənclər sahəsində əldə etdiyi uğurları və təcrübələri təqdim edilib. Təqdimat konfrans iştirakçıları tərəfindən müsbət qarşılanıb və bir sıra ölkələr təcrübəmizi daha dərindən öyrənməyə maraq göstərib. İclasın sonunda müzakirələr nəticəsində gəncləri keyfiyyətli və hər kəs üçün bərabər dərəcədə açıq olan təhsillə təmin etmək, gəncləri müəyyən iştirak mexanizmləri vasitəsilə yerli və milli səviyyədə qərarvericilikdə fəal iştiraka təşviq etmək, gənclərin ətraf mühit məsələlərinin müzakirəsinə fəal şəkildə tövhə verməsini təbliğ etmək, gənclərin əmək bazarına çıxışının təşkili məqsədilə onların lazımı bacarıqlarla təmin olunması və s. məsələləri əhatə edən qətnamə qəbul olunub. Qeyd edək ki, Azərbaycan tərəfindən irəli sürülmüş 10-dan çox düzəliş və əlavələr dəstəklənərək qətnamədə öz əksini tapıb.